“Barselona” Rafinyaya görə kompensasiya alacaq

28 Mart 2026 16:45
147
“Barselona” Rafinyaya görə kompensasiya alacaq

İspaniyanın “Barselona” futbol klubu hücumçusu Rafinynın zədəsinə görə kompensasiya alacaq.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, FIFA klubun müdafiə proqramı çərçivəsində ödəniş etməlidir, çünki futbolçunun bərpa müddəti minimum 28 günü keçəcək.

Bildirilir ki, Rafinyanın sağ budunun arxa əzələsindən zədələndiyi və təxminən beş həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Əgər o, məhz bu müddətdə qayıtsa, “Barselona” ən azı 143 836 avro alacaq və bu məbləğ hər əlavə günə görə artacaq.

Qeyd edək ki, “Barselona”nın hücumçu Rafinyanın Braziliya milli komandasının heyətində zədələnib.

İdman.Biz
Məqalədə: