Ançelotti mundial üçün favoritini açıqladı

28 Mart 2026 15:38
139
Ançelotti mundial üçün favoritini açıqladı

Braziliya milli futbol komandasının baş məşqçisi Karlo Ançelotti dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

O bildirib ki, Braziliya çempion olmasa, titulun Portuqaliya milli futbol komandası-na qismət olmasını istəyir.

Ançelotti bu istəyini Kriştianu Ronaldunun karyerası ilə əlaqələndirib.

Mütəxəssisin sözlərinə görə, Ronaldu artıq karyerasında bu uğura layiq olmaq üçün kifayət qədər əziyyət çəkib.

İdman.Biz
Məqalədə: