Martines Argentinanın oyununu sərt tənqid edib

28 Mart 2026 17:12
119
Martines Argentinanın oyununu sərt tənqid edib

“Aston Villa”nın və Argentina millisinin qapıçısı Emiliano Martines komandasının çıxışını tənqid edib.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

O, Mavritaniya üzərində 2:1 hesablı qələbəyə baxmayaraq, oyunun səviyyəsindən narazı qaldığını bildirib.

Martines qeyd edib ki, bu, hətta yoldaşlıq matçı üçün belə ən zəif oyunlardan biri olub və komandada sürət, cəsarət və müdafiədə etibarlılıq çatışmayıb.

Qapıçı əlavə edib ki, belə oyunla Finalissimada(Avropa və Cənubi Amerikanın çempionları arasında keçirilən xüsusi futbol matçı – red) çıxış etmək çətin olardı və xoşbəxtlikdən həmin görüş baş tutmayıb.

İdman.Biz
Məqalədə: