Joao Simoyns: “Azərbaycan komandası yaxşı müdafiə olunur”

27 Mart 2026 18:33
38
Joao Simoyns: “Azərbaycan komandası yaxşı müdafiə olunur”

“Yaxşı oynadıq. Qələbə qazana bildiyimiz üçün şadam”.

Bu sözləri İdman.Biz-ə açıqlamasında Portuqaliya millisinin oyunçusu Joan Simoyns 21 yaşadək futbolçular arasında Avropa Çempionatının seçmə mərhələsində Azərbaycanla 4:0 hesablı oyundan sonra bildirib.

Simoynsın sözlərinə görə, fasiləyədək 0:0 hesablı heç-heçədən sonra komanda oyunu dəyişmək əzmində idi:

“Bilirdik ki, Azərbaycan komandası yaxşı müdafiə olunur və onlar bunu nümayiş etdirdilər. Qol vurmağa çalışmağa davam etmək əzmində idik və bunu edə bildiyimizə şadam”.

O, həmçinin qeyd edib ki, leysan yağış Portuqaliya komandasına mane olmayıb: “İki ay əvvəl Portuqaliyada da oxşar hava şəraiti var idi, ona görə də biz buna hazır idik”.

Joao Simoyns matçın son qolunu vurub.

İdman.Biz
Məqalədə: