Luis Enrike “Mançester Yunayted”in təklifini qəbul etməyib

27 Mart 2026 14:57
107
Luis Enrike “Mançester Yunayted”in təklifini qəbul etməyib

Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike “Mançester Yunayted”in təklifindən imtina edib və hazırda çalışdırdığı klubla - PSJ ilə yeni müqavilə imzalayacaq.

İdman.Biz xəbər verir ki, “Mançester Yunayted”in rəhbərliyi ispan mütəxəssisi komandanın yeni baş məşqçisi kimi nəzərdən keçirirdi.

Lakin Enrike hazırkı klubunda qalmaq niyyətindədir.

Qeyd edək ki, “Mançester Yunayted”in hazırkı baş məşqçisi Maykl Kerrikdir. Qeyd olunur ki, “Mançester Yunayted” Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə keçmiş futbolçu ilə müqavilə uzadılacaq. 31 turdan sonra “qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

İdman.Biz