Azərbaycan - Sent Lüsiya oyununun hakim təyinatları açıqlanıb

26 Mart 2026 12:20
103
Azərbaycan - Sent Lüsiya oyununun hakim təyinatları açıqlanıb

Azərbaycan millisinin “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Giorgi Kruaşviliyə Levan Varamişvili və Giorgi Elikaşvili köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını Koba Revazaşvili yerinə yetirəcək.

İdman.Biz