"Barselona"nın hücumçusu Runi Bardaqcı meydanda daha çox şans almağa ümid etdiyini bildirib.
İdman.Biz xəbər verir ki, 20 yaşlı futbolçu Kataloniya klubunda debüt mövsümünü keçirir.
"Komandadakı iştirakımdan 100 faiz razı deyiləm. Düşünürəm ki, xüsusilə oyun qrafikinin sıx olduğu bir dönəmdə daha çox oyun vaxtı almağa layiqəm. Amma bu futboldur. Burada məndən daha uzun müddət çıxış edən komanda yoldaşlarıma hörmət edirəm. Səbirli qalmağa çalışıram, çünki nəyə qadir olduğumu bilirəm. Özümə tam əminəm. "Barsa"da oynamaq həmişə mənim arzum olub", – deyə gənc isveçli futbolçu bildirib.
Qeyd edək ki, Runi Bardaqcı ötən ilin iyulunda Danimarkanın "Kopenhagen" klubundan “Barselona”ya transfer olunub.
