“Mançester Yunayted”in gənclər komandasında çıxış edən Ueyn Runinin oğlu Kay Runi U-16 Premyer Liqa Superkubokunun qalibi olub.
İdman.Biz xəbər verir ki, gənclər finalda “Bernli” üzərində 2:0 hesabı ilə qələbə qazanıblar.
Qeyd edək ki, Ueyn Runi oyunu izləmək və gənclərə dəstək olmaq üçün şəxsən tribunada olub.
