Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsində bu gün növbəti yoxlama oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, milli komandamız Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 16:00-da başlayacaq.
Qeyd edək ki, U-20 millimiz ilk yoxlama matçında Moldova yığmasına 0:1 hesabı ilə uduzub.
Günel Məlikzadə
