Rassell mühərrik dəyişikliyinə görə növbəti “Formula-1” yarışına sonuncu yerdən başlayacaq

6 Oktyabr 2026 17:38
100
Rassell mühərrik dəyişikliyinə görə növbəti “Formula-1” yarışına sonuncu yerdən başlayacaq

“Mercedes” komandasının pilotu Corc Rassell Sinqapur Qran-prisində sonuncu yerdən start götürəcək.

İdman.Biz xəbər verir ki, britaniyalı pilot ötən həftəsonu Malayziyada keçirilən yarışda mühərrik nasazlığı səbəbindən mübarizəni başa çatdıra bilməyib.

İndi Rassellin bolidində güc qurğusu dəyişdiriləcək. Bu isə avtomatik olaraq onun pelotonun sonundan start götürəcəyi anlamına gəlir.

Rassell 2026-cı il mövsümündə 236 xalla şəxsi sıralamada ikinci pillədə qərarlaşıb. O, yalnız komanda yoldaşı Kimi Antonellidən (320 xal) geri qalır.

İdman.Biz
Məqalədə: