Meksikada Ronaldu üsyanı: Azarkeşlər ayağa qalxdı - FOTO

24 Mart 2026 18:09
71
Meksikada Ronaldu üsyanı: Azarkeşlər ayağa qalxdı - FOTO

Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldu 2026-cı il Dünya Çempionatı ərəfəsində, mart ayındakı FIFA pəncərəsində Meksika ilə keçiriləcək yoldaşlıq oyununu buraxacaq.

İdman.Biz xəbər verir ki, hücumçunun yoxluğuna səbəb fevralın sonundan bəri onu yaşıl meydanlardan uzaq salan zədəsidir. Məhz bu səbəbdən o, Portuqaliyanın mart ayındakı toplanışına daxil edilməyib. Lakin hücumçunun mundiala qədər tam hazır olacağı gözlənilir.

Onun yoxluğu minlərlə meksikalı azarkeşin böyük məyusluğuna səbəb olub. Belə ki, stadionun yenidən açılışına təsadüf edəcək bu matçda sabiq Ronaldunu görmək istəyən azarkeşlər hətta Federal İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinə müraciət edərək müdaxilə tələb ediblər.

Kriştianu Ronaldu fevralın 28-də Səudiyyə Ərəbistanı çempionatında “Əl-Nəsr” və “Əl-Feyha” arasındakı matçda dizaltı vətərindən zədə alıb. O vaxtdan bəri ulduz futbolçu 2026-cı il Dünya Çempionatında iştirakını təmin etmək üçün bərpa prosesi keçir.

İdman.Biz