“Çelsi” keçmiş yarımmüdafiəçisini klubun potensial baş məşqçi kimi görür

24 Mart 2026 15:20
100
“Çelsi” keçmiş yarımmüdafiəçisini klubun potensial baş məşqçi kimi görür

İngiltərə təmsilçisi "Çelsi" baş məşqçi Liam Rosenyorun vəzifəsindən azad olunacağı təqdirdə, klubun keçmiş yarımmüdafiəçisi Sesk Fabreqası kluba əsas məşqçi gətirə bilər.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Yanvar ayında “Çelsi”nin başına keçən Rosenyor uğurlu start götürsə də, zamanla komandanın oyunu və nəticələri geriləməyə başlayıb.

Xüsusilə komandanın müdafiədəki çıxışı narahatlıq yaradır - Rosenyorun yetirmələri 17 yanvar tarixində “Brentford” üzərində 2:0 qələbədən sonra qapılarını qapalı saxlaya bilməyiblər.

Belə vəziyyətlərdə Rosenyor üzərində təzyiq artır və əgər “Çelsi” növbəti mövsümdə Çempionlar Liqasına düşməsə, bu, klub rəhbərliyinin baş məşqçi dəyişdirməyi ciddi şəkildə nəzərdən keçirməsi üçün əsas ola bilər.

"Givemesport"un məlumatına görə, “Çelsi” Sesk Fabreqası Rosenyoru əvəzləyəcək kimi nəzərdən keçirir. Sesk Fabreqas hazırda məşqçi kimi fəaliyyət göstərir. O, İtaliyanın “Komo” klubunda baş məşqçi vəzifəsini icra edir.

İdman.Biz
Məqalədə: