Hansi Flik: “Joan Qarsiyanı niyə transfer etdiyimizi hamı gördü”

23 Mart 2026 01:25
129
Hansi Flik: “Joan Qarsiyanı niyə transfer etdiyimizi hamı gördü”

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik və komandanın aparıcı futbolçuları La Liqanın 29-cu turunda “Rayo Valyekano” üzərində qazanılan minimal hesablı qələbəni (1:0) şərh ediblər. Matçın əsas siması isə qapını toxunulmaz saxlayan Joan Qarsiya olub.

İdman.Biz xəbər verir ki, kataloniyalıların çalışdırıcısı Hansi Flik gənc qolkiperin çıxışından heyranlığını gizlətməyib.

“Bax, elə buna görə biz Joan Qarsiya ilə müqavilə imzaladıq. Bu gün o, oyunu sıfırla başa vurdu və bu, tamamilə onun xidmətidir. Bizim fantastik qapıçımız var”, - deyə baş məşqçi söyləyib.

Komandanın yarımmüdafiəçisi Pedri də həmkarı haqqında xoş sözlər deyib:

“Joan Qarsiya inanılmazdır. O, həm möhtəşəm seyvlər etməyi bacarır, həm də ayaqla oyunda əvəzedilməzdir. Üstəlik, o, möhtəşəm bir insandır və mən onu özümə çox yaxın dost hesab edirəm. Sevindiricidir ki, bu mövsüm standart vəziyyətlərdə daha yaxşı oynayırıq. Künc zərbəsindən sonra vurulan qolla qalib gəldik, bu, əladır”.

Qələbə qolunun müəllifi Ronald Arauxo isə qapıçının performansının artıq onlar üçün sürpriz olmadığını bildirib:

“Joan Qarsiya möhtəşəmdir. Hazırda o, bizi artıq heç nə ilə təəccübləndirmir. Sizin bu matçlarda gördüklərinizi biz artıq məşqlərdə görürdük”.

Qeyd edək ki, Joan Qarsiya 2025-ci ilin yayında “Espanyol”dan 25 milyon avro (50 milyon AZN) qarşılığında “Barselona”ya transfer olunub və qısa müddətdə komandanın əsas fiqurlarından birinə çevrilib.

İdman.Biz