İspaniyanın “Barselona” futbol komandasının qapıçısı Joan Qarsiya həm səhhəti, həm də karyerasındakı mühüm yeniliklərlə bağlı açıqlama verib. Gənc qolkiper İspaniya milli komandasına çağırılması və klubundakı son vəziyyəti barədə danışıb.
İdman.Biz xəbər verir ki, futbolçu ilk növbədə “Rayo Valyekano”oyununda azarkeşləri narahat edən edən zədə şayiələrinə son qoyub.
“Mənimlə hər şey qaydasındadır, zədəli deyiləm. Milli komandaya çağırılmağıma gəlincə, buna görə çox şadam və həyəcanlıyam. Yeni komanda yoldaşlarımla görüşəcəyim günü səbirsizliklə gözləyirəm”, - deyə qapıçı vurğulayıb.
Joan Qarsiya komandasının son oyunundakı çıxışını da qiymətləndirib:
“Yaxşı oynamadıq, lakin qalib gəlmək hər şeydən önəmlidir və buna görə çox xoşbəxtik. Bilirdik ki, fasiləyə qədər keçirilən üç oyunda qələbə qazanmaq vacibdir. Bunun üçün bir az səbir etməli olduq. Bu dəfə topa adəti üzrə yaxşı sahib ola bilmədik”.
Qeyd edək ki, Joan Qarsiya nümayiş etdirdiyi stabil oyunla İspaniya yığmasının məşqçilər heyətinin diqqətini cəlb etməyi bacarıb.
