“Arsenal” Reşforda müştəri çıxıb

22 Mart 2026 20:58
69
“Arsenal” Reşforda müştəri çıxıb

İngiltərənin “Mançester Yunayted” futbol komandasının hücumçusu Markus Reşford bir neçə Avropa klubunun transfer hədəfinə çevrilib.

İdman.Biz “Football365” nəşrinə istinadla xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətindən istifadə etmək istəyən “Arsenal”, “Yuventus” və “Çelsi” klubudur.

Hazırda “Barselona”da icarə əsasında çıxış edən Reşford Kataloniya klubunda karyerasının ən uğurlu dövrlərindən birini yaşayır. “Barça” vingeri komandada saxlamaq istəsə də, maliyyə səbəblərindən onu yenidən icarəyə götürməyə çalışırlar. Lakin “Mançester Yunayted” bu varianta qəti etiraz edir. “Qırmızı şeytanlar” futbolçunu yalnız tam transfer yolu ilə sataraq ciddi maliyyə gəliri əldə etmək niyyətindədirlər.

Məlumata görə, “Yunayted” rəhbərliyi Reşfordu birbaşa rəqibləri olan “Arsenal” və ya “Çelsi”yə satmaqda tərəddüd edir. İngiltərə təmsilçisi ulduz oyunçusunun Premyer Liqadakı rəqiblərini gücləndirməsini istəmir.

Cari mövsümdə “Barselona” forması ilə bütün turnirlərdə 38 matça çıxan Markus Raşford 10 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı bazar dəyəri təxminən 40 milyon avro (80 milyon AZN) civarında qiymətləndirilir.

İdman.Biz