İngiltərənin “Nyukasl” futbol komandasının baş məşqçisi Eddi Hau klubun tarixində arzuolunmaz bir ilklə yadda qalıb. Tayn-Uir derbisindəki son məğlubiyyət (1:2) təcrübəli mütəxəssisi antirekordçuya çevirib.
İdman.Biz xəbər verir ki, Eddi Hau “Nyukasl”ın tarixində çempionat çərçivəsində “Sanderlend”ə qarşı keçirdiyi ilk iki matçın hər birində məğlub olan ilk baş məşqçidir.
Bu nəticə “sağsağanlar”ın azarkeşləri tərəfindən böyük məyusluqla qarşılanıb, çünki bu derbi İngiltərə futbolunun ən gərgin rəqabətlərindən biri hesab olunur.
Qeyd edək ki, Eddi Haunun rəhbərliyi altında “Nyukasl” hazırda Premyer Liqada 42 xalla 12-ci pillədə qərarlaşıb.
