Premyerliqa: “Sanderlend” 90-cı dəqiqədə “Nyukasl”ı çökdürdü - VİDEO

22 Mart 2026 18:12
72
Premyerliqa: “Sanderlend” 90-cı dəqiqədə “Nyukasl”ı çökdürdü - VİDEO

İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən və bütün ölkənin maraqla gözlədiyi ən qədim və gərgin derbilərdən biri - Tayn-Uir derbisi “Sanderlend”in möhtəşəm qələbəsi ilə başa çatıb. “Sent-Ceyms Park”da baş tutan qarşılaşmada “Nyukasl Yunayted” 90-cı dəqiqədə vurulan qolla məğlub olub.

İdman.Biz xəbər verir ki, Antoni Teylorun idarə etdiyi oyun “sağsağanlar” üçün uğurlu başlayıb. Artıq 10-cu dəqiqədə Entoni Qordon “Nyukasl Yunayted”in önə keçirib. Lakin ikinci hissədə təşəbbüsü ələ alan “Sanderlend” 57-ci dəqiqədə Şemsdin Talbinin vurduğu qolla tarazlığı bərpa edib. Matçın son dəqiqəsində isə Brayan Brobbi səhnəyə çıxaraq “Nyukasl” azarkeşlərini şoka salan qalibiyyət qoluna imza atıb.

Bu nəticədən sonra “Sanderlend” xallarının sayını 43-ə çatdıraraq turnir cədvəlində 11-ci pilləyə yüksəlib və əzəli rəqibi “Nyukasl”ı (42 xal, 12-ci yer) geridə qoyub.

İdman.Biz