Coy Lens Mikelsdən tarixi göstərici: Nasimovun uğuru təkrarlanıb - VİDEO

22 Mart 2026 14:34
88
Coy Lens Mikelsdən tarixi göstərici: Nasimovun uğuru təkrarlanıb - VİDEO

Misli Premyer Liqasının 25-ci turunda “Sumqayıt”la keçirilən ev oyununda (3:1) fərqlənən “Sabah”ın almaniyalı hücumçusu Coy Lens Mikels cari mövsümdə qollarının sayını 15-ə çatdırıb.

İdman.Biz xəbər verir ki, almaniyalı hücumçu bununla da karyerasında ikinci dəfə Premyer Liqada ən azı 15 qol səddini aşmağı bacarıb. Təcrübəli forvard daha əvvəl 2022/23 mövsümündə 17 qol vurmaqla yadda qalmışdı.

Mikels bu nəticə ilə Azərbaycan çempionatları tarixində iki fərqli mövsümdə 15 və ya daha çox qol vuran ikinci legioner kimi tarixə düşüb. Onadək bu uğura yalnız Özbəkistan millisinin sabiq üzvü Bahodir Nasimov imza atmışdı. Nasimov “Neftçi”nin heyətində çıxış etdiyi 2010/11 mövsümündə 15, növbəti çempionatda isə 16 dəfə rəqib qapılarına yol tapmışdı.

İdman.Biz