Erik Svyatçenko MLS-də dram yaşadı: Həm öz, həm rəqib qapısına qol

22 Mart 2026 13:15
68
Erik Svyatçenko MLS-də dram yaşadı: Həm öz, həm rəqib qapısına qol

“Hyuston Dinamo” futbol komandasının müdafiəçisi Erik Svyatçenko MLS-də “Dallas”a qarşı keçirilən matçın baş qəhrəmanlarından birinə çevrilib. Qarşılaşma onun komandasının 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçu həm hücumda, həm də öz qapısı önündə fərqlənib. Matçın 31-ci dəqiqəsində künc zərbəsindən sonra rəqib qapısına yol tapan Svyatçenko hesabı bərabərləşdirib - 2:2.

İkinci hissədə isə təcrübəli müdafiəçi yenidən diqqət mərkəzinə düşüb. 54-cü dəqiqədə topu öz qapısına göndərsə də, VAR-ın müdaxiləsindən sonra ofsayd səbəbindən bu avtoqol ləğv edilib.

Oyunun sonrakı dəqiqələrində ikinci sarı vərəqə alan müdafiəçi meydandan qovulub. Azlıqda qalan “Hyuston Dinamo” daha bir qol buraxaraq “Dallas”a 3:4 hesabı ilə uduzub.

İdman.Biz