PSJ-də Dro Fernandes şousu: İlk qol və möhtəşəm debüt - VİDEO

22 Mart 2026 10:34
41
PSJ-də Dro Fernandes şousu: İlk qol və möhtəşəm debüt - VİDEO

Fransanın PSJ futbol komandasının qış transfer pəncərəsində heyətinə qatdığı gənc istedad Dro Fernandes Paris klubunda ilk qolunu vurub.

İdman.Biz xəbər verir ki, 18 yaşlı ispaniyalı yarımmüdafiəçi “Nitsa” ilə səfər matçında (4:0) fərqlənməyi bacarıb. Görüşün 76-cı dəqiqəsində Nuno Mendeşi əvəzləyərək meydana daxil olan Dro cəmi beş dəqiqə sonra Usman Dembelenin ötürməsini qolla tamamlayıb. Bu, gənc futbolçunun peşəkar karyerasında vurduğu ilk qol kimi tarixə düşüb.

Xatırladaq ki, Dro Fernandes 2026-cı ilin yanvar ayında “Barselona”dan transfer olunub. Paris təmsilçisi “La Masiya” akademiyasının yetirməsi üçün Kataloniya klubuna 8.2 milyon avro (16 milyon AZN) təzminat ödəyib. İstedadlı futbolçu PSJ ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb və komandada 27 nömrəli formanı geyinir.

Qeyd edək ki, Dro “Barselona”nın əsas komandasında debütünü 2025-ci ilin sentyabrında etmişdi. Lakin daha çox oyun praktikası qazanmaq məqsədilə karyerasını Fransada davam etdirməyə qərar verib. Onun PSJ-yə keçidi böyük söz-söhbətlərə səbəb olmuş, klub rəhbərliyi futbolçunun getmək israrını kəskin şəkildə tənqid etmişdi.

İdman.Biz