UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında PSJ səfərdə “Çelsi”ni 3:0 hesabı ilə məğlub edərək adını növbəti mərhələyə yazdırıb. İki oyunun nəticəsinə görə rəqibini 8:2 hesabı ilə üstələyən Fransa təmsilçisi çörək finala vəsiqəni rahatlıqla təmin edib.
İdman.Biz xəbər verir ki, matçın ən çox müzakirə edilən məqamı isə 83-cü dəqiqədə yaşanıb. “Çelsi”nin baş məşqçisi Liam Rosenior komandası ümumi hesabla 8:2 geridə olduğu halda, futbolçularına taktiki tapşırıqlar yazılmış kağız parçası göndərib. Hesabın bu dərəcədə ağır olmasına baxmayaraq, məşqçinin oyuna müdaxilə etməyə çalışması sosial şəbəkələrdə viral olub.
