“Bu vaxta qədər klub olaraq hakimliklə bağlı genişmiqyaslı etirazımız olmayıb”.
İdman.Biz xəbər verir ki, “Sumqayıt” klubunun mətbuat katibi Zaur Xudiyev “Kəpəz”lə matçdan (1:2) sonra hakimliklə bağlı danışıb.
Klub rəsmisi bununla bağlı etiraz bildirəcəklərini deyib.
“Əvvəl də bizə qarşı haqsız qərarlar olub. Amma biz buna həmişə “hakim də insandır, səhv edər” aspektindən yanaşmışıq. Amma bu hallar üst-üstə təkrarlananda təbii vəziyyətdən çıxır. Etiraz etmədikcə, səsimizi çıxarmadıqca “Sumqayıt”ı əzmək fikri yaranır. Klub olaraq açıq və əsaslı şəkildə etirazımızı bildirəcəyik”.
