Kanadanın Vankuver şəhərində təşkil olunan tədbir zamanı AFFA prezidenti müxtəlif milli assosiasiyaların rəhbərləri ilə görüşərək futbol sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
İdman.Biz AFFA-ya istinadən bildirir ki, Rövşən Nəcəf Özbəkistan, Belçika, Pakistan, Banqladeş və digər futbol federasiyalarının prezidentləri ilə bir araya gələrək qarşılıqlı əlaqələrin inkişafı və gələcək birgə layihələr barədə fikir mübadiləsi aparıb.
Görüşlərdə futbolun inkişafına yönəlmiş məsələlər də müzakirə olunub.
