“Sabah”ın futbolçuları uşaqlarla görüşüb futbol oynadılar - FOTO

1 May 2026 21:36
144
“Sabah”ın futbolçuları uşaqlarla görüşüb futbol oynadılar

“Sabah”ın futbolçuları - Aaron Maluda, Rəhman Daşdəmirov, Coy-Lens Mikels və İqor Noqeyra Şüvəlanda klubun və yerli sakinlərin birgə zəhməti nəticəsində salınmış meydançada uşaqlarla görüşüblər.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçular azyaşlılarla söhbət edib, onlarla futbol oynayıb və müxtəlif hədiyyələr veriblər.

Qeyd edək ki, “Sabah” ötən gün Misli Premyer Liqasında çempionluğu təmin edib.

İdman.Biz