“İlk olaraq onu deyim ki, “İmişli” bizdən daha çox istəkli idi. Futbolu daha “ac” futbolçular oynamalıdır”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 30-cu turunun “İmişli” ilə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.
Oyun 1:0 hesabı ilə “İmişli”nin xeyrinə qurtarıb.
“İstəksiz futbol oynamırlar, futbolçu meydanda istəkli olmalıdır. Biz demirik ki, bu gün üstünlüyümüz var idi. Futbolda belədir, alınmasa da, sona qədər döyüşməlisən. Bu məqam böyük rol oynadı. “İmişli” ona görə də qazandı”, məşqçi bildirib.
