Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Madriddə gəzinti zamanı diqqət mərkəzinə düşüb.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hazırda zədədən sonra bərpa prosesini Madriddə davam etdirən futbolçu boş vaxtını şəhərdə gəzintiyə ayırır. Kameralar onu ümumi dəyəri 3360 avro(təxminən 6 500 manat) olan dəbli geyimdə görüntüləyib.
Bildirilir ki, Ronaldunun geyiminin əsas hissəsi Louis Vuitton brendinə məxsus şalvar və idman ayaqqabısından ibarət olub. Bundan əlavə, futbolçu üzərində böyük yazı olan “Loewe” köynəyi ilə də seçilib. Saat və zinət əşyalarının qiyməti isə bu məbləğə daxil edilməyib.

