Superliqa: “Kasımpaşa”dan həyati qələbə

15 Mart 2026 19:24
57
Superliqa: “Kasımpaşa”dan həyati qələbə

Türkiyə Super Liqasının 26-cı həftəsində turnir cədvəlinin aşağı pillələrində qərarlaşan iki komanda - “Kasımpaşa” və “Eyüpspor” qarşı-qarşıya gəlib. Hər iki kollektiv üçün böyük əhəmiyyət kəsb edən matç meydan sahiblərinin 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, Emre Belözoğlu rəhbərlik etdiyi “Kasımpaşa”ya vacib üç xalı gətirən qolu 33-cü dəqiqədə Adria Benediçak vurub. Oyunun geri qalan hissəsində hesabı qorumağı bacaran İstanbul təmsilçisi üç oyunluq qələbə həsrətinə son qoyub.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Kasımpaşa” eniş zolağından çıxmağı bacarıb – 14-cü pillə. “Eyüpspor” isə 22 xalla təhlükəli zonada qalıb.

Qeyd edək ki, “Kasımpaşa” növbəti turda səfərdə “Beşiktaş”ın qonağı olacaq. Həmin qarşılaşmada sarı vərəqə limitini dolduran İrfan Can Kahveci komandasına kömək edə bilməyəcək. “Eyüpspor” isə doğma meydanda “Trabzonspor”u qəbul edəcək.

İdman.Biz