Ronaldunun oğlu meydanda özünün yaxşı aparmadığına görə cəzalandırıldı - VİDEO

14 Mart 2026 19:42
98
Ronaldunun oğlu meydanda özünün yaxşı aparmadığına görə cəzalandırıldı - VİDEO

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun oğlu olan Kriştianu Junior maraqlı hadisə ilə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, matç zamanı əvəzlənərkən o, rəqib futbolçuya jest edib və bu hərəkət hakim tərəfindən qayda pozuntusu kimi qiymətləndirilib.

Nəticədə gənc futbolçu sarı vərəqə ilə cəzalandırılıb.

Epizod qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

İdman.Biz