“Yuventus” A Seriyasının 29-cu turunda “Udineze”yə minimal hesabla qalib gəlib - YENİLƏNİB + VİDEO

15 Mart 2026 01:51
326
“Yuventus” A Seriyasının 29-cu turunda “Udineze”yə minimal hesabla qalib gəlib

İtaliya A Seriyasının 29-cu turunun “Udineze” və “Yuventus” komandaları arasında keçirilən oyun başa çatıb. Oyun

İtaliyanın Udine şəhərindəki “Stadio Bluenergi” stadionunda baş tutub. Qonaq komanda 1:0 hesabı ilə qalib gəlib.

Matçın yeganə qolunu Jeremy Boqa vurub. Yarımmüdafiəçi birinci hissənin sonlarında, 38-ci dəqiqədə fərqlənib.

29 A Seriyası oyunundan sonra “Udineze” 36 xalla 11-ci yerdədir. “Qoca sinyora” isə 53 xalla dördüncü yerdədir.

23:32

İtaliya A Seriyasının 29-cu turunun “Napoli” və “Leççe” komandaları arasında keçirilən oyun başa çatıb. Oyun

İtaliyanın Neapol şəhərindəki “Dieqo Armando Maradona” stadionunda baş tutub. Ev sahibi komanda 2-1 hesabı ilə qalib gəlib.

Qonaq komandanın müdafiəçisi Cəmil Sibert oyunun üçüncü dəqiqəsində hesabı açıb. Fasilədən dərhal sonra, 46-cı dəqiqədə “Napoli”nin hücumçusu Rasmus Hoylund hesabı bərabərləşdirib. 67-ci dəqiqədə hücumçu Matteo Politano ev sahibi komandaya qələbə qazandırıb.

27 xalla “Leççe” hazırda İtaliyanın yüksək liqasında 16-cı, “Napoli” isə 59 xalla üçüncü yerdədir.

20:32

İtaliya A Seriyasının 29-cu turunun “İnter” və “Atalanta” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, komandalar Milandakı “Stadio Giuseppe Meazza”da oynayıblar. Matç 1:1 hesablı heç-heçə ilə bitib.

Oyunda ilk qolu Françesko Espozito vurub. Ev sahibi komandanın hücumçusu 26-cı dəqiqədə fərlənib. 82-ci dəqiqədə qonaq hücumçu Nikola Krstoviç bərabərlik qolunu vurub.

“İnter” hazırda 68 xala malikdir. 29 oyundan sonra komanda A Seriyasında turnir cədvəlinə başçılıq edir. “Atalanta” 47 xalla yeddinci yerdədir.

İdman.Biz