Böyük ürəyi olan yeniyetmə azarkeşə klubundan jest - FOTO

14 Mart 2026 18:08
74
Böyük ürəyi olan yeniyetmə azarkeşə klubundan jest - FOTO

Argentinanın “Atletiko Talyereres” futbol klubunun gənc azarkeşi Valentin sevimli komandasının formasını almaq üçün uzun müddət pul yığıb. Lakin anası işini itirdikdən və təhsil xərclərini ödəmək çətinləşdikdən sonra o, tərəddüd etmədən topladığı vəsaiti ailəsinə kömək üçün xərcləməyə başlayıb.

İdman.Biz yerli KİV-ə istinadən xəbər verir ki, bu hekayədən xəbər tutan klub ailəni stadiona dəvət edib.

“Atletiko Talyeres” - "İnstituto" oyunundan əvvəl Valentinə futbolçuların avtoqrafları olan xüsusi forma hədiyyə edilib.

Qarşılaşmada isə “Atletiko Talleres”in rəqibi üzərində 2:0 hesablı qələbəsi ilə bitib.

İdman.Biz
Məqalədə: