Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” klubu Almaniya ikinci Bundesliqasında 25-ci tur oyununa çıxıb. Komanda səfərdə turnir cədvəlindəki rəqiblərindən olan “Boxum”un qonağı olub.
İdman.Biz xəbər verir ki, gərgin keçən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Mahir Emreli də bu görüşdə iştirak şansı qazanıb. Azərbaycanlı forvard matçın 83-cü dəqiqəsində ehtiyat oyunçular skamyasından meydana daxil olub. Lakin onun oyunda olduğu qısa müddət ərzində hesab dəyişməyib.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Kayzerslautern” çempionatın turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq şansını növbəti turlara saxlayıb. Komanda hazırda liqada qalmaq uğrunda mübarizəsini davam etdirir.
