"Barselona" futbol komandasının gənc istedadı Fermin Lopes cari mövsümdə komanda yoldaşlarını geridə qoyaraq maraqlı bir rekorda imza atıb.
İdman.Biz xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi bu mövsüm klubun iştirak etdiyi bütün turnirlərdə məhsuldar ötürmə edən yeganə futbolçudur. Lopes həm La Liqa, həm Çempionlar Liqası, həm də ölkə kuboku oyunlarında həlledici ötürmələrlə yadda qalıb.
Hansi Flikin rotasiyalarında mühüm yer tutan Ferminin bu göstəricisi onun etibarlı və universal oyunçuya çevrildiyini bir daha sübut edir. Digər ulduz futbolçular vurduqları qollarla gündəmə gəlsələr də, 22 yaşlı oyunçunun bütün cəbhələrdəki yaradıcılığı onun taktiki əhəmiyyətini artırır.
Qeyd edək ki, "Barselona" futbolçuları artıq növbəti sınağa Kral Kubokunda "Atletiko"ya qarşı keçiriləcək cavab matçına kökləniblər.
