Mayın 27-də Slovakiyanın paytaxtı Bratislava şəhərində minifutbol üzrə növbəti Avropa çempionatına start veriləcək. 16 komandanın iştirakı ilə keçiriləcək mötəbər turnirin final oyunu iyunun 4-də baş tutacaq.
Bu gün yarışın püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə əsasən, son dünya çempionu Azərbaycan millisi F qrupunda yer alıb. Komandamız qrup mərhələsində Fransa, İtaliya və Avstriya yığmaları ilə mübarizə aparacaq.
10:27
Bu gün minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsində qarşılaşacağı rəqiblərə aydınlıq gələcək.
İdman.Biz xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq.
Millimiz püşkatma zamanı birinci səbətdə qərarlaşacaq.
Avropa çempionatı
I səbət: Slovakiya, Rumıniya, Azərbaycan, Serbiya, Qazaxıstan, Bolqarıstan
II səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan
III səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya
IV səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Bratislavada təşkil olunacaq.
