Mbappedən "Real"a pis xəbər

26 Fevral 2026 17:49
90
Mbappedən "Real"a pis xəbər

“Real”ın fransalı ulduzu Kilian Mbappe zədələnib. 27 yaşlı hücumçu yaşadıqları son şanssızlıq səbəbindən iki həftə meydanlardan kənar qalacaq.

İdman.Biz COPE nəşrinə istinadla xəbər verir ki, artıq futbolçunun müalicə prosesinə başlanılıb. Onun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində martın 10-11 və 17-18-də keçiriləcək oyunlara qədər tam hazır olacağı gözlənilir. Madrid təmsilçisinin bu mərhələdə “Mançester Siti” və ya “Sportinq”lə qarşılaşacağı ehtimal edilir.

Qeyd edək ki, Mbappe bu mövsüm “Real” forması ilə çıxdığı 33 matçda 38 qol və altı asistlə yadda qalıb.

İdman.Biz