“Nyukasl”ın hücumçusu Entoni Qordon UEFA Çempionlar Liqasındakı məhsuldarlığı ilə Avropanın diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, 24 yaşlı futbolçu turnirdə vurduğu qolların sayını 10-a çatdıraraq bu göstəricidə ingilis oyunçular arasında 16-cı yerə yüksəlib.
Qordonun qol vurduğu komandaların siyahısı və vurduğu qol sayı aşağıdakı kimidir:
- “Qarabağ” 4 qol (pley-off mərhələsinin ilk oyununda)
- “Union Sent-Jilluaz” - 2 qol
- “Barselona” - 1 qol
- “Benfika” - 1 qol
- “Bayer Leverkuzen” - 1 qol
- PSV Eyndhoven - 1 qol

