“Mançester Yunayted” mənfəətə çıxdığını elan edib

26 Fevral 2026 11:56
84
“Mançester Yunayted” mənfəətə çıxdığını elan edib

“Mançester Yunayted” maliyyə ilinin ilk altı ayının yekunlarına dair hesabatını açıqlayıb.

İdman.Biz xəbər verir ki, klub bu dövr ərzində 32,6 milyon funt sterlinq (74,49 milyon AZN) əməliyyat mənfəəti əldə etdiyini bildirib. Bu göstərici klubun maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə Mançester təmsilçisi 3,9 milyon funt sterlinq (8,91 milyon AZN) əməliyyat zərəri ilə üzləşmişdi. Beləliklə, klub bir il ərzində itkiləri tamamilə bağlayaraq gəlirlərini ciddi şəkildə artırmağa nail olub.

İdman.Biz