Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun Avropaya qayıdışı ilə bağlı iddialar yenidən gündəmə gəlib
İdman.Biz-in məlumatına görə, ulduz futbolçu ilə ciddi maraqlanan klublardan biri “Çelsi”dir.
London təmsilçisinin bu transferi reallaşdırmaq üçün maliyyə imkanlarının yetərli olduğu bildirilir. Klub rəhbərliyi hesab edir ki, Ronaldunun mümkün keçidi böyük kommersiya gəliri gətirə bilər.
Hazırda Kriştianu Ronaldu “Ən-Nəsr” çıxış edir və Portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
