Olavio Juninyo “Qarabağ”a yenə qazandırdı - MƏBLƏĞ

26 Fevral 2026 12:32
94
Olavio Juninyo “Qarabağ”a yenə qazandırdı - MƏBLƏĞ

“Qarabağ”ın sabiq hücumçusu Juninyo Olavio keçmiş klubuna əlavə gəlir qazandırıb.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçunun “Flamenqo”dakı uğurları Ağdam təmsilçisinin büdcəsinə 1 milyon manat (500 min avro) daxil olmasını təmin edib.

Juninyo bir il əvvəl 5 milyon avroya “Flamenqo”ya satılarkən, müqaviləyə qazanılan hər titul üçün 250 min avro bonus bəndi əlavə edilib. Futbolçu Braziliya klubu ilə həm ölkə çempionu, həm də Libertadores Kubokunun qalibi olduğu üçün “Qarabağ”a iki titulun qarşılığı olaraq ümumilikdə 500 min avro ödənilib.

Xatırladaq ki, “Qarabağ” 2023-cü ildə cəmi 450 min avroya transfer etdiyi Juninyonun satışından kifayət qədər böyük maliyyə mənfəəti əldə etmiş oldu.

İdman.Biz