18 yaşında ÇL-da debüt edən futbolçu: “Sanki virtual reallıqda idim”

26 Fevral 2026 09:56
76
18 yaşında ÇL-da debüt edən futbolçu:  “Sanki virtual reallıqda idim”

“Real Madrid”in gənc futbolçusu Tyaqo Pitarç Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya qarşı keçirilən cavab oyunundan (2:1) sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi qarşılaşmanın son dəqiqələrində meydana daxil olub. O, bir həftə əvvəl Lissabonda baş tutan ilk matçda da eyni ssenari ilə şans qazanmışdı. Bu görüşlər Pitarçın karyerasında “kral klubu”nun əsas komandasında ilk çıxışları kimi tarixə düşüb.

Gənc futbolçu emosiyalarını gizlətməyib:

“Bu komandada çıxış etmək xəyal idi. Özümü sanki virtual reallıq eynəyi taxmış kimi hiss edirəm. Çox da uzaq olmayan keçmişdə onlarla FIFA oynayırdım, indi isə bütün bunları real həyatda yaşayıram”.

İdman.Biz