İtaliya A Seriyasının 26-cı turunda keçirilən “Milan” - “Parma” oyununda ağır xəsarət alan yarımmüdafiəçi Ruben Loftus-Çikin son vəziyyəti açıqlanıb.
İdman.Biz xəbər verir ki, dünən baş verən insident nəticəsində futbolçunun çənəsi sınıb və bir neçə dişini itirib.
Həkimlərin ilkin rəyinə əsasən, Ruben Loftus-Çik mövsümün sonunadək yaşıl meydanlardan uzaq qalacaq.
Məlumatda həmçinin qeyd olunur ki, bu zədə futbolçunun İngiltərə millisindəki perspektivlərinə də mənfi təsir göstərə bilər. Son dönəmlər sabit şəkildə yığmaya dəvət alan yarımmüdafiəçinin ÇL-2026 üçün sifarişə düşməsi indi böyük sual altındadır.
