Qurban Qurbanov: “Cavab qarşılaşmasını şərh etmək çətindir” - VİDEO

23 Fevral 2026 14:12
85
Qurban Qurbanov: “Cavab qarşılaşmasını şərh etmək çətindir” - VİDEO

“Təhlil etdik və qərara gəldik ki, səfərdə daha diqqətli və məsuliyyətli olmalıyıq”

İdman.Biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la (İngiltərə) cavab matçından öncə mətbuat konfransında deyib.

O, İngiltərədə baş tutacaq görüşə hazırlığı dəyərləndirib:

“Cavab qarşılaşmasını şərh etmək çətindir. Təhlil etdik və qərara gəldik ki, səfərdə daha diqqətli və məsuliyyətli olmalıyıq”.

Qeyd edək ki, “Nyukasl” - “Qarabağ” görüşü fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

İdman.Biz