24 yaşlı qolkiper Luka Şevalye PSJ-nin heyətində çıxış etsə də, Fransanın millisinə çağırılmaq şansını itirə bilər.
İdman.Biz-in məlumatına görə, milli komandanın məşqçi heyəti onun oyun praktikasının azlığına görə narahatdır – son görüşlərdə o, əsas heyətdə yox, ehtiyatda qalır və Matvey Safonov ona üstünlük qazanıb.
Əgər vəziyyət yaxın vaxtlarda dəyişməsə, Şevalyenin mart toplanışında iştirak şansı minimaldır. Milli komandanın baş məşqçi Didye Deşampın oyun praktikası zəif olan qapıçını turnir üçün siyahıya salması ehtimalı aşağıdır.
Buna baxmayaraq, milli komandanın qapıçı məşqçisi Franck Raviot alternativ variantları nəzərdən keçirir. Potensial namizədlər arasında “Como 1907”dan Jean Butze və “RC Lens”dan Robin Risser adı çəkilir.
Xatırladaq ki, Şevalye milli komandada yalnız bir oyun keçirib - Bakıdakı seçmə mərhələ matçında Azərbaycana qarşı meydana çıxmış və Fransa 3:1 hesabı ilə qələbə qazanmışdı.
