“Barselona”nın müdafiəçisi Joau Kanselu “Əl-Hilal”dan Kataloniya klubuna qayıdıışından sonra keçdiyi adaptasiya dövrü və fiziki hazırlığı barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Kanselu "Levante" ilə oyundan sonra açıqlamasında komanda yoldaşlarından fiziki cəhətdən geri qaldığını etiraf edib.
“Mən “Əl-Hilal”dan gələndə ən yaxşı formamda deyildim, fiziki səviyyəm komanda yoldaşlarımla eyni deyildi. Hazırda tədricən əvvəlki yüksək səviyyəmə qayıdıram. Hans-Diter Flik çox tələbkardır, elə klubun özü də. Bu, mənim xoşuma gəlir”, - deyə müdafiəçi bildirib.
Xatırladaq ki, “Barselona” yanvarın 13-də Kanselunu Səudiyyə Ərəbistanı təmsilçisindən icarəyə götürdüyünü rəsmən açıqlayıb. Müdafiəçi daha əvvəl də kataloniyalıların şərəfini qoruyub.
Hazırda “Barselona” 25 turdan sonra topladığı 61 xalla İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir. Katalonlar ən yaxın izləyicisi “Real”ı bir xal qabaqlayırlar.
