Akanji birdəfəlik “İnter”in oldu

23 Fevral 2026 07:15
173
Akanji birdəfəlik “İnter”in oldu

“İnter” hazırda icarə əsasında heyətində çıxış edən “Mançester Siti”nin müdafiəçisi Manuel Akanjinin transferi ilə bağlı razılıq əldə edib. Milan təmsilçisi isveçrəli futbolçunun transfer hüquqlarını 15 milyon avroya (28 milyon AZN) satın alacaq.

İdman.Biz insayder Nikolo Skiranın sosial şəbəkə hesabındakı paylaşımına istinadla xəbər verir ki, futbolçunun müqaviləsində “İnter” çempion olacağı təqdirdə icbari satınalma bəndi var. Lakin “nerazzurri” rəhbərliyi çempionluqdan asılı olmayaraq bu transferi rəsmiləşdirmək qərarına gəlib. Yeni razılaşmaya əsasən, Akanji 2027/2028 mövsümünün sonuna qədər milanlıların formasını geyinəcək. Onun illik məvacibi isə 3,75 milyon avro (6,7 milyon AZN) təşkil edəcək.

Qeyd edək ki, Akanji cari mövsümdə bütün turnirlər daxil olmaqla çıxdığı 33 matçda 2 qolla yadda qalıb.

İdman.Biz