Arne Slot “Liverpul”un qələbəsindən narazı qaldı

23 Fevral 2026 05:13
304
Arne Slot “Liverpul”un qələbəsindən narazı qaldı

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 27-ci turunda “Nottingem Forest” üzərində qazanılan çətin qələbəni şərh edib. Görüş mersisaydlıların son saniyələrdə vurduğu qol sayəsində 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının nümayiş etdirdiyi oyunu tənqid edib.

Arne Slot hər şeyi kiçik detalların həll etdiyini bildirib:

“İlk hissədə bizə çox çətin oldu. Əlavə vaxtda qol vurduğumuz üçün bəxtimiz gətirdi. İlk yarıda bəyəndiyim yeganə məqam cərimə meydançamızda müdafiə olunmağımız idi. İkinci hissədə isə fərqli oyun göstərdik. Cinahlara təravət qatmağa çalışdıq, vingerləri meydana buraxdıq”.

Rəqibin turnir cədvəlindəki yerinə təəccübləndiyini deyən baş məşqçi, oyunçularının tez-tez top itirməsindən narahatlığını ifadə edib. Slot qeyd edib ki, komanda çox təhlükəli vəziyyətə imkan verməsə də, oyun keyfiyyəti arzulanan səviyyədə olmayıb.

Bu nəticədən sonra xallarının sayını 45-ə çatdıran “Liverpul” altıncı pillədə qərarlaşıb. 27 xalı olan “Nottingem Forest” isə 17-ci sıradadır.

İdman.Biz