“Qalatasaray”ın Çempionlar Liqası kabusu: Avropa qələbələrindən sonra xal itkiləri

23 Fevral 2026 03:59
133
“Qalatasaray”ın Çempionlar Liqası kabusu: Avropa qələbələrindən sonra xal itkiləri

Türkiyə Superliqasının lideri olan “Qalatasaray” üçün bu mövsüm qəribə bir tendensiya yaranıb. “Sarı-qırmızılılar” UEFA Çempionlar Liqasında qazandıqları hər parlaq qələbədən sonra yerli liqada xal itkiləri ilə üzləşirlər. İstanbul təmsilçisi bu səbəbdən ümumilikdə səkkiz xal itirib.

İdman.Biz xəbər verir ki, “Cim-bom”un bu uğursuz seriyası “Liverpul” üzərindəki qələbədən sonra başlayıb. Doğma meydanda ingilisləri 1:0 hesabı ilə məğlub edərək dünyanı təəccübləndirən klub, dərhal sonra liqada “Beşiktaş”la 1:1 hesablı heç-heçə edərək iki xal itirib.

Daha sonra səfərdə “Ayaks”ı 3:0 hesabı ilə darmadağın edən “Qalatasaray”da eyni ssenari təkrarlanıb. Bu qələbədən sonra “Kocaelispor”la qarşılaşan lider rəqibinə 0:1 hesabı ilə uduzaraq mövsümdəki ilk məğlubiyyətini alıb.

Son olaraq Çempionlar Liqasında “Yuventus”u 5:2 hesabı ilə darmadağın edən İstanbul klubu, bu tarixi qələbənin ardınca “Konyaspor”a 0:2 hesabı ilə uduzub. Beləliklə, Avropadakı üç vacib qələbədən sonra keçirilən liqa oyunlarında iki məğlubiyyət və bir heç-heçə qeydə alınıb.

Ümumilikdə Avropada parlayan “Qalatasaray” daxili çempionatda səkkiz xalı rəqiblərinə paylayıb ki, bu da rəhbərliyi və azarkeşləri narahat etməyə başlayıb.

İdman.Biz