Dünya futbolunun ən qorxulu hücumçularından olan Erlinq Holand şəxsi həyatı ilə bağlı gündəmi sarsıdacaq açıqlama verib.
İdman.Biz xəbər verir ki, "Mançester Siti"nin “qol maşını” rəsmən İngiltərə pasportu almaq və bu ölkənin vətəndaşı olmaq istədiyini söyləyib.
Ulduz futbolçu bu qərarının ailəvi səbəblərlə bağlı olduğunu gizlətməyib:
"Mən həqiqətən Britaniya pasportu almaq - İngiltərə vətəndaşı olmaq istərdim. "Mançester Siti" ilə müqavilə imzalayanda artıq burada özümü evimdəki kimi hiss etdiyimi demişdim. İngiltərəyə qayıtmağım tamamilə qanunauyğun idi. Ailəm burada çox gözəl vaxt keçirib. Anam İngiltərəni, onun ənənələrini və buradakı hər şeyi çox sevir".
Xatırladaq ki, Erlinq Holand İngiltərənin Lids şəhərində anadan olub və atası Alf-İnqe Holand da vaxtilə Premyer Liqada çıxış edib. Hazırda transfer dəyəri 200 milyon avro (400 milyon AZN) olan hücumçunun bu çıxışı həm Norveçdə, həm də Britaniyada geniş müzakirələrə səbəb olub.
