UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında “Qarabağ”ın qonağı olan “Nyukasl Yunayted”in Instaqram səhifəsində oyun öncəsi paylaşım edilib.

İdman.Biz xəbər verir ki, paylaşımda “Nyukasl”ın azarkeşlərinin Bakının müxtəlif ərazilərindən görüntüləri yer alıb.

Onlar əllərində klubun bayrağı və əyinlərində forması ilə Azərbaycan paytaxtının mərkəzi küçələrini dolaşıblar.

Xatırladaq ki, qarşılaşma bu gün 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq.

