İngiltərənin “Nyukasl Yunayted” komandası Bakıda “Qarabağ”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçı öncəsi son məşqinə çıxıb.

İdman.Biz-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Məşqdə futbolçular ötürmələr, taktiki hərəkətlər və sürət üzərində çalışıblar.

Komandalar arasında oyun fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

