Azərbaycan millisinin keçmiş məşqçisi Ronaldu haqqında maraqlı xatirəni bölüşüb

14 Fevral 2026 12:40
123
Azərbaycan millisinin keçmiş məşqçisi Ronaldu haqqında maraqlı xatirəni bölüşüb

Portuqaliya millisinin sabiq baş məşqçisi Fernandu Santuş 2003-cü ildə Kriştianu Ronaldunun "Sportinq" klubundan "Mançester Yunayted"ə keçidi ərəfəsində ona verdiyi məsləhəti xatırlayıb.

İdman.Biz xəbər verir ki, F.Santuşun fikirlərini “A Bola” nəşri dərc edib.

“Bəxtim gətirmədi ki, onu klubun stadionun təntənəli açılışında “Mançester Yunayted”lə yoldaşlıq matçında meydana buraxdım və o getdi. Yadımdadır, ona demişdim ki, bacarığı və məqsədyönlülüyü ilə dünyanın ən yaxşısına çevriləcək. Bir neçə il sonra onun həqiqətən dünyanın ən yaxşısı olması mənim üçün böyük qürur mənbəyi oldu”, – deyə F.Santuş bildirib.

Məlumat üçün əlavə edək ki, Fernandu Santuş 2024-cü ilin iyununda futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin olunub. 8 sentyabr 2025‑ci ildə isə onun AFFA ilə müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

İdman.Biz